Londondan
Dünya
198
20:40, Bu gün

Londondan "LUKOIL"un Bolqarıstandakı strukturlarına yaşıl işıq

Böyük Britaniya Xəzinədarlığının Maliyyə Sanksiyalarının İcrası İdarəsi sanksiya məhdudiyyətləri çərçivəsində "LUKOIL"un Bolqarıstandakı strukturları ilə əməliyyatların həyata keçirilməsinə lisenziyanın müddətini 2026-cı il fevralın 14-dək uzadıb.

Moderator.az "İnterfaks"a istinadla xəbər verir ki, qurumun bildirişinə əsasən, söhbət "LUKOIL Bulgaria EOOD" və "LUKOİL Neftochim Burgas AD" şirkətləri ilə qarşılıqlı əlaqədən gedir.

Böyük Britaniya "LUKOIL"u Rusiyanın sanksiya siyahısı seqmentinin geniş miqyasda yenilənməsi çərçivəsində oktyabrın 15-də siyahıya daxil edib.

Sonra ABŞ Maliyyə Nazirliyi oktyabrın 22-də "LUKOIL"u sanksiya siyahısına daxil edərək, əməliyyatların dayandırılması üçün noyabrın 21-dək lisenziya verib. Tezliklə şirkət xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb. Daha sonra məlum olub ki, "LUKOIL" "Gunvor" beynəlxalq xammal treyderindən xarici aktivlərinin satın alınması təklifini qəbul edib. Söhbət "LUKOIL International GmbH"nin 100% səhminin alınmasından gedir, sövdələşmənin əsas şərtləri tərəflər arasında razılaşdırılıb.

Lakin ABŞ Maliyyə Nazirliyinin mövqeyi səbəbindən bunun həyata keçirmək mümkün olmayıb. Nazirlik Ukraynada münaqişə davam etdiyi müddətdə "Gunvor"a biznes aparmaq üçün lisenziya verməyəcəyini bəyan edib. Buna görə də alıcı öz təklifini geri çəkib.

"LUKOIL" Bolqarıstanda 1999-cu ilin oktyabrında 8.8 milyon ton gücündə Burqasdakı neft emalı zavodunun səhmlərinin nəzarət paketinin sahibi kimi fəaliyyətə başlayıb. O, həmçinin ölkədə 500-dən çox yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəni idarə edir. Son üç il ərzində "LUKOIL"un Bolqarıstanda fəaliyyəti Aİ-yə Rusiya neftinin idxalının qadağan edilməsi səbəbindən çətinləşib. Şirkət bildirib ki, ölkə ərazisində strategiyasını biznesin satılması da daxil olmaqla yenidən nəzərdən keçirməyə başlayıb. Lakin Burqasdakı neft emalı zavodu və yanacaqdoldurma məntəqələri şəbəkəsi hələ də şirkətə məxsusdur.

Bolqarıstan ABŞ-nin "LUKOIL"a tətbiq edilən sanksiyaların onun ərazisində altı ay müddətinə təxirə salacağına ümid bəsləyir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər