ABŞ narkokartellərlə mübarizədə robotlardan istifadə edəcək
Dünya
291
14 Nov 2025 | 20:03

ABŞ narkokartellərlə mübarizədə robotlardan istifadə edəcək

ABŞ narkokartellərə qarşı həyata keçirdiyi hərbi əməliyyat çərçivəsində robotlardan istifadə edəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Miami Herald" nəşri məlumat yayıb.

Məlumata görə, əməliyyatda yeni tip robotlaşdırılmış hava və dəniz sistemləri tətbiq olunacaq.

Qeyd edilib ki, ABŞ ordusu uzun müddət fəaliyyət göstərə bilən suüstü aparatları, kiçik pilotsuz kəsici dronları və vertikal qalxan PUA-ları hava müşahidəsi üçün istifadə edəcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər