Polis Paris dəmiryol vağzalındakı silahlı şəxsi yaralayıb
Dünya
291
19:50, Bu gün

Polis Paris dəmiryol vağzalındakı silahlı şəxsi yaralayıb

Fransa polisi Parisin Monparnas vağzalında odlu silahdan istifadə edərək bıçaqlı şəxsi yaralayıb.

Moderator.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Paris prokurorluğu məlumat yayıb.

Məlumata görə, polis əməkdaşı intiharla hədələyən şəxsə qarşı silahdan istifadə etməyə məcbur olub.

"Bir şəxs Parisətrafı qəsəbələrdən birində həyat yoldaşını və uşaqlarını hədələyib, daha sonra Monparnas qatarına minib. Polis onu saxladıqda kişi intihar edəcəyi ilə hədələyib. Polis onu ayağından yaralayıb", - məlumatda bildirilib.

Prokurorluq cəmi bir dəfə atəş açıldığını iddia etsə də, şahidlər bir neçə atəş səsi eşitdiklərini bildiriblər

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər