Bu ölkədə plastik qab-qacaq qadağan edilir
Dünya
218
19:45, Bu gün

Bu ölkədə plastik qab-qacaq qadağan edilir

Gürcüstan hökuməti 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək birdəfəlik plastik qab-qacaq haqqında reqlamenti təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu haqda Gürcüstan KİV məlumat yayıb.

Belə ki, göstərilən tarixdən plastikdən hazırlanmış qab-qacaq, o cümlədən plastik çəngəllər, bıçaqlar, qaşıqlar, habelə köpük polistiroldan hazırlanmış qab və stəkanların istehsalı, idxalı və bazara çıxarılması qadağan edilir.

Qadağa həmçinin hazır qidaların istehlakçılara paylanması zamanı qida xidməti müəssisələrində birdəfəlik plastik qabların və stəkanların istifadəsinə də şamil edilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər