21:19
15°C
Bakı
Fransanın paytaxtı Parisdə Monparnas dəmiryol vağzalında polis əməkdaşları bıçaqlı şəxsə atəş açaraq zərərsizləşdiriblər.
Moderator.az xəbər verir ki, bu barədə “Actu” portalı məlumat yayıb.
Bildirilib ki, həmin şəxs sərnişin qismində Renn kommunasından Parisə gəlib. O, platformadakı polis əməkdaşlarına qarşı aqressiv davranıb və nəticədə ona ən azı iki dəfə atəş açılıb.
Onun vəziyyəti barədə hələlik məlumat verilməyib.
Məlumata görə, atışma zamanı sərnişinlərdən biri ayağından yaralanıb.
Şahidlərin sözlərinə görə isə, atışmadan sonra sərnişinlər arasında çaxnaşma yaşanıb və insanlar kütləvi şəkildə çıxışa doğru qaçıblar.