İran Hörmüz boğazında neft tankerini ələ keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "The Times Of Israel" ABŞ Hərbi Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.
Bildirilir ki, Marşal adaları bayrağı altında üzən tanker strateji əhəmiyyətli boğazdan keçərkən İran qüvvələri tərəfindən ölkənin ərazi sularına yönləndirilib.
Bu, son bir neçə ay ərzində həmin marşrutda qeydə alınmış ilk belə hadisə olub.
İran hələlik bu faktı tam təsdiqləməyib.
İran qüvvələrinin hücumuna məruz qalan "Talara" tankeri Əcman (BƏƏ) limanından Sinqapura istiqamət götürüb. "Associated Press" agentliyi tərəfindən təhlil edilmiş uçuş məlumatlarına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "MQ-4C Triton" pilotsuz təyyarəsi bir neçə saat ərzində bölgəni müşahidə edib və İranın hərəkətlərini qeydə alıb.
"Ambrey" özəl təhlükəsizlik şirkətinin məlumatına görə, "Talara"ya hücumda üç kiçik qayıq iştirak edib.