19:35
16°C
Bakı
Dünya texnologiya nəhəngi “Samsung” noyabr ayında bəzi DDR5 yaddaş çiplərinin qiymətlərini 60% artırıb.
Moderator.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Bildirilib ki, “Samsung Electroniks” sentyabr ayı ilə müqayisədə noyabr ayında 32 GB DDR5 yaddaş çiplərinin qiymətlərini 149 dollardan 239 dollara yüksəldib.
Son illərdə süni intellekt çiplərində rəqiblərindən geri qalan “Samsung”, güclü yaddaş mövqeyi sayəsində qiymət gücünü artırıb.
Analitiklər bunun smartfon və kompüterlərin də qiymətinin qalxmasına səbəb ola biləcəyini istisna etməyib.