21:06
16°C
Bakı
Rusiya hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıqda ittiham olunaraq axtarışa verilən Soçidən olan iş adamı Ruben Tatulyan Rusiyaya ekstradisiya olunmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə TASS-a Ermənistan Baş Prokurorluğundan məlumat verib.
“Tatulyan Ermənistan vətəndaşı olduğuna görə həbs olunmayıb və buna görə xarici dövlətə təhvil verilməyəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyada kriminal aləmdə “Robson” kimi tanınan Tatulyan dələduzluq, cinayətkar icma təşkil etmək və qətl ittihamları ilə axtarışdadır.