Maksim Qalkin İsraildə həbs edilə bilər
Dünya
228
17:50, Bu gün

Maksim Qalkin İsraildə həbs edilə bilər

İsrailin Milli Təhlükəsizlik Nazirliyi rusiyalı şoumen Maksim Qalkinlə bağlı araşdırma başladıb. 

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın “Mash” teleqram kanalı məlumat yayıb.

Buna səbəb Qalkinin noyabrın əvvəlində İsrailin Petah-Tikva şəhərində keçirilən konsertindəki hadisə olub. Belə ki, şoumen çıxışından sonra Ukrayna dilində bir neçə söz söyləyib, sonra tamaşaçıdan Ukrayna bayrağını alıb və onu İsrail bayrağının üzərinə sərib. 

İsrail qanunlarına görə dövlət simvollarının qəsdən təhqir edilməsi üç ilədək azadlıqdan məhrumetmə və ya 15 min ABŞ dolları məbləğində cərimə ilə cəzalandırılır.

Xatırladaq ki, M.Qalkin 2022-ci ilin sentyabrında Rusiyanın “xarici agentlər” reyestrinə daxil edilib. Buna səbəb yumoristin sosial şəbəkə paylaşımlarında Rusiya siyasətini və Ukraynaya qarşı aparılan müharibəni pisləməsi olub. Bunun ardınca, o, həyat yoldaşı Alla Puqaçova və övladları ilə birlikdə ölkəni tərk ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər