Peyk görüntüləri İranda təşviş yaratdı: Böyük su anbarları quruyur
Dünya
222
17:49, Bu gün

Peyk görüntüləri İranda təşviş yaratdı: Böyük su anbarları quruyur

İranın su anbarlarının peykdən görüntüləri ölkədə əməlli-başlı təşviş yaradıb.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, görüntülərdən müxtəlif əyalətlərdəki yeddi əsas bəndin anbarlarında suyun həcminin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldığı aydın olur.

Bildirilir ki, Fars əyalətinin Estahban şəhəri yaxınlığındakı Rudbal bəndi, Xorasan-Rəzəvi əyalətindəki Fəriman bəndi, Gülüstan əyalətindəki Daneşmənd bəndi tamamilə boşalıb.

Yalnız Amol şəhərindəki Lar bəndi nisbətən yaxşı vəziyyətdədir.

Bu o deməkdir ki, ölkə kəskin su qıtlığı ilə üzləşib.

Artıq altı ildir İran quraqlıqla mübarizə aparır. İndi isə bu sahədə əməlli-başlı böhran yaranıb. Yaranmış vəziyyət ölkənin iqtisadi, sosial və ekoloji sabitliyinə ciddi təhlükə yaradır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər