Fransada məşhur saraya girməyə cəhd edən iki nəfər saxlanılıb
Dünya
326
17:37, Bu gün

Fransada məşhur saraya girməyə cəhd edən iki nəfər saxlanılıb

Fransa polisi Paris yaxınlığındakı Fontenblo sarayında Çin muzeyinə daxil olmağa cəhd edən iki nəfəri saxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə polisdəki mənbələrə istinadən "CNews" telekanalı məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər nəzarətə götürülüb. Kamera görüntülərinə düşən üçüncü şübhəli şəxs hələ də axtarılır.

Məşhur saraydakı Çin muzeyi dəbdəbəli şəkildə bəzədilən salondan ibarətdir. Bura 1863-cü ildə III Napoleonun həyat yoldaşı Yevgeniyanın göstərişi ilə şərq incəsənəti kolleksiyalarını saxlamaq üçün yaradılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər