22:52
15°C
Bakı
Fransa polisi Paris yaxınlığındakı Fontenblo sarayında Çin muzeyinə daxil olmağa cəhd edən iki nəfəri saxlayıb.
Moderator.az xəbər verir ki, bu barədə polisdəki mənbələrə istinadən "CNews" telekanalı məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər nəzarətə götürülüb. Kamera görüntülərinə düşən üçüncü şübhəli şəxs hələ də axtarılır.
Məşhur saraydakı Çin muzeyi dəbdəbəli şəkildə bəzədilən salondan ibarətdir. Bura 1863-cü ildə III Napoleonun həyat yoldaşı Yevgeniyanın göstərişi ilə şərq incəsənəti kolleksiyalarını saxlamaq üçün yaradılıb.