Turistlər avtoqəzaya düşdü - Xəsarət alanlar var
Dünya
243
16:40, Bu gün

Turistlər avtoqəzaya düşdü - Xəsarət alanlar var

Misirdə Əl-Quseyr və Marsa Alam kurortları arasında turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar arasında iki Azərbaycan vətəndaşı var.

Bu barədə Moderator.az "An-Nahar" qəzetinə istinadən xəbər verir.

"Turist mikroavtobusu Əl-Quseyr və Marsa Alam kurortları arasında minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 1 Misir vətəndaşı ölüb, 5 rusiyalı turist və 2 Azərbaycan vətəndaşı daxil olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar arasında 1 Almaniya vətəndaşı da var", - nəşr yazıb.

Qeyd edilib ki, xəsarət alanlar Əl-Quseyr mərkəzi xəstəxanasına çatdırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər