Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib.
Moderator.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müşavirədə mövzu informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən qanun pozuntularına qarşı mübarizə olub.
Müşavirədə Baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Prezidentin Administrasiyanın rəhbəri Anton Vayno, Prezidentin köməkçisi Nikolay Patruşev, Müdafiə naziri Andrey Belousov, Daxili İşlər naziri Vladimir Kolokoltsev, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Prezidentin Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.
Rusiya XİN başçısı Sergey Lavrov müşavirədə iştirak etməyib.
Qeyd edək ki, Lavrov bir müddətdir ki, prezidentin iştirakı ilə keçirilən tədbirlərdə iştirak etmir.
Rusiya mətbuatının yazdığına görə, Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə son telefon danışığından sonra Tramp Putinlə Budapeşt görüşünü təxirə salıb. Yerli KİV yazır ki, Rusiya XİN başçısının amerikalı həmkarı ilə sərt danışması Vaşinqtonla danışıqlarda bir müddətdir müşahidə olunan yumşalmaya son qoyub və bu səbəbdən Lavrov Kremlin qəzəbinə tuş gəlib. Onun son vaxtlar heç bir dövlət tədbirinə iştirak etmədiyi bildirilir. Hətta noyabrın 11-12-də Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin Kremldə keçirdiyi danışıqlarda Lavrov Rusiya nümayəndə heyətinin tərkibində olmayıb. Onu müavini Mixail Qaluzin əvəz edib.