Tramp
Dünya
299
16:20, Bu gün

Tramp "Tottenhem"in keçmiş sahibini əfv etdi

ABŞ Prezidenti Donald Tramp 2024-cü ildə ona məxsus şirkətlər haqqında insayder birja məlumatlarını ötürməkdə təqsirli bilinən ingilis futbol klubu "Tottenhem"in keçmiş sahibi Co Lyuisi əfv edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, müsbət qərarın verilməsinə sahibkarın 88 yaşında olması, həmçinin insayder ticarətindən şəxsi gəlir əldə etməməsi təsir göstərib. Bu əfv ona hökm çıxarıldığı vaxtdan bəri ilk dəfə ailəsinin əksər hissəsinin yaşadığı ABŞ-yə qayıtmağa imkan verəcək.

Xatırladaq ki, 2024-cü ildə ABŞ məhkəməsi Lyuisə ona məxsus şirkətlər haqqında insayder birja məlumatlarını tərəfdaşı, dostları, şəxsi köməkçiləri, eləcə də iki şəxsi pilotuna ötürdüyünə görə üç il şərti cəza və 5 milyon dollar cərimə təyin edib. İttihаm tərəfi bildirib ki, onun məsləhətləri məlumatları əldə edənlərə milyonlarla dollar gəlir əldə etməyə imkan verib. 2024-cü ilin yanvarında milyarder özünü təqsirli bilib.

Qeyd edək ki, Lyuis İngiltərə Premyer Liqasının klubu "Tottenhem"in 87.62% səhminin sahibi olan "ETavistock GroupE" investisiya şirkətinin sahibidir. Lyuis 2022-ci ildə "Tottenhem" üzərində nəzarəti ailə trastına təhvil verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər