17:44
16°C
Bakı
"İslam Respublikasının sabitliyi tam şəkildə ali lider Əli Xameneinin təhlükəsizliyindən asılıdır".
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian parlamentdə çıxışında bəyan edib.
O xəbərdarlıq edib ki, Xameneiyə qarşı mümkün hücum ölkənin daxildən çökməsinə və parçalanmasına gətirib çıxara bilər.
Pezeşkian 12 günlük İran-İsrail müharibəsinə toxunaraq bildirib ki, o vaxt onu daha çox ali rəhbərə hücum ediləcəyi təqdirdə, ölkə daxilində qarşıdurmanın alovlanması təhlükəsi narahat edib.
Prezidentin sözlərinə görə, hakimiyyəti zəiflədən xarici müdaxilə deyil, daxili ixtilaflardır. O, siyasi qrupları birliyə çağıraraq vurğulayıb ki, daxili gərginlik ölkə üçün ən böyük təhdiddir.