Türkiyə şəhidləri ilə vidalaşdı
Dünya
180
12:18, Bu gün

Türkiyə şəhidləri ilə vidalaşdı

Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan Türk hərbçilər Ankaradakı Mürted Hava Limanı Komandanlığında keçirilən mərasimlə son mənzilə yola salınıb. Şəhidlərin cənazələri mərasimdən sonra dəfn olunacaqları bölgələrdə torpağa tapşırılacaq.
 
Moderator.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus “A400M” hərbi yük təyyarəsi şəhidlərin cənazələrini Tiflisdən Türkiyəyə gətirilib. Ankara Mürted Hərbi Hava Limanına endirildikdən sonra cənazələr Ədliyyə Tibb Qurumuna göndərilib. Yol boyu düzülən vətəndaşlar əllərində Türkiyə bayraqları ilə cənazə maşınlarını əsgər salamı ilə qarşılayıb. “Şəhidlər ölməz, vətən bölünməz” şüarları altında vətəndaşlar və təhlükəsizlik qüvvələri göz yaşlarını saxlaya bilməyib.
 
Mürted Hava Bazasında keçirilən hərbi mərasimdən sonra 3 şəhid  Ankarada, 17 şəhid isə yaşadıqları şəhərlərdə dəfn olunacaq. 
 
Qəzaya uğrayan təyyarə ilə bağlı iddialara da aydınlıq gətirilib, təyyarədə sursatın olmadığı, bütün texniki baxışların vaxtında edildiyi və “qara qutu”nun araşdırılmaq üçün Türkiyəyə gətirildiyi bildirilib. Qeyd olunub ki, eyni model hərbi təyyarələrin uçuşları ehtiyat tədbiri olaraq müvəqqəti dayandırılıb, araşdırmalar tamamlandıqdan sonra uçuşların bərpası planlaşdırılır.
 
Gürcüstanda aparılan axtarış-xilasetmə işlərində 1000-dən çox şəxs iştirak edib. Son şəhidin cənazəsinə çatılması ilə axtarışlar yekunlaşıb. Gürcüstanın Daxili İşlər Naziri, texniki avadanlıqlar və təyyarə hissələrinin istintaq üçün araşdırıldığını açıqlayıb.
 
Prezident Rəcəb Tayyib Ərdoğan, Samsundan olan şəhid Altıokun ailəsinə telefonla başsağlığı verib. Şəhidin atası oğlunu vətənə xidmət üçün yetişdirdiyini bildirərək, “Bizə iki övlad qoyub getdi, onlara sahib çıxacağam”, – deyib.
 
Şəhidlərin qəhrəmanlığı və fədakarlığı bütün Türkiyədə dərin kədər və ehtiramla yad edilir. 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər