Şəkər xəstələri ABŞ-yə buraxılmayacaq
Dünya
206
11:45, Bu gün

Şəkər xəstələri ABŞ-yə buraxılmayacaq

ABŞ Dövlət Departamenti viza rəsmiləri üçün yeni qiymətləndirmə qaydalarını təsdiqləyib.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Dövlət katibi Marko Rubio tərəfindən imzalanan təlimat bu gündən tətbiq olunur və ABŞ konsulluqları artıq müraciətçilərin sağlamlıq vəziyyətini rəsmi şəkildə nəzərə alacaq.
 
Yeni prosedura əsasən, piylənmə, diabet, ürək-damar problemləri, tənəffüs xəstəlikləri və müəyyən onkoloji diaqnozlar kimi davamlı tibbi hallar viza verilməsinə mane ola biləcək mənfi faktorlar kimi qəbul ediləcək. Ekspertlərə görə, bu xəstəliklər gələcəkdə dövlətə əlavə tibbi xərc yaratma ehtimalını artırdığı üçün konsullar ərizəçilərin maliyyə imkanlarını və potensial tibbi xərclər riskini xüsusi diqqətlə yoxlayacaqlar.
 
Analitiklər bildirirlər ki, bu dəyişiklik ABŞ-ın immiqrasiya siyasətində mühüm yenilik hesab olunur. Artıq ərizəçinin tibbi vəziyyəti yalnız sağlamlıq göstəricisi kimi deyil, həm də ölkə üçün potensial iqtisadi yük prizmasından qiymətləndiriləcək.
 
Təlimatda həmçinin konsulluq əməkdaşlarına müraciətçilərin təqdim etdiyi tibbi arayışları daha dərindən təhlil etmək tapşırılır. Əgər ərizəçinin müalicəsi böyük xərc tələb edən bir xəstəliyi varsa, belə hallarda viza almaq daha çətin olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər