ABŞ Suriya hökuməti və kürd nümayəndə heyətlərinin görüşünü hazırlayır
Dünya
293
13 Nov 2025 | 23:58

ABŞ Suriya hökuməti və kürd nümayəndə heyətlərinin görüşünü hazırlayır

Vaşinqton yaxın günlərdə Dəməşqdə Suriya hökuməti, “Suriya Demokratik Qüvvələri” (SDQ) koalisiyası və Kürd Muxtar Administrasiyası nümayəndə heyətləri arasında keçiriləcək görüşə hazırlıq aparır.

Moderator.az xəbər verir ki, bu barədə Syria TV mənbəyə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, danışıqlar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperin iştirakı ilə keçiriləcək.

Görüşdə SDQ döyüşçülərinin Suriya ordusuna inteqrasiyası mexanizmləri, həmçinin neft sektoru, dövlət institutlarının idarə edilməsi, sərhəd-keçid məntəqələrinin statusu və əl-Qamışlı beynəlxalq hava limanı ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər