Polşa Belarusla sərhəddə ikinci hasarın inşasına başlayıb
Dünya
168
13 Nov 2025 | 23:40

Polşa Belarusla sərhəddə ikinci hasarın inşasına başlayıb

Polşa hakimiyyəti Belarusla sərhəddə, Podlyask voyevodluğunda ikinci hasarın tikintisinə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb.

Məlumata əsasən, hasarın quraşdırılması yaxın günlərdə başlayacaq. İşlərin yanvar ayında tamamlanması planlaşdırılır. Maneə 4 metr hündürlüyündə metal tor şəbəkədən ibarət divar olacaq, hasarın yanında tikanlı məftil yerləşdiriləcək.

2022-ci ildə Polşa hakimiyyəti 180 km-lik sahədə sərhədi 5,5 metr hündürlüyündə metal baryerlə örtüb. Sərhəd boyunca hərəkət sensorları və istənilən hava şəraitində işləyən videokameralarla təchiz olunmuş dirəklər quraşdırılıb. 2024-cü ildə bu baryerin modernləşdirilməsi üzrə işlər aparılıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər