02:27
10°C
Bakı
Fransa Prezidenti Emmanuel Makron 2030-cu ilə qədər hərbi kosmik fəaliyyətlərin maliyyələşdirilməsi üçün 4.2 milyard avro ayıracaq.
Moderator.az bu barədə "Barron's" nəşrinə istinadən xəbər verir.
Onun sözlərinə görə, növbəti tammiqyaslı müharibələr kosmosda başlayacaq, çünki orada müasir münaqişələr artıq baş verir. Makronun fikrincə, kosmos artıq sığınacaq deyil, döyüş meydanıdır.
O iddia edib ki, Rusiyanın kosmik aparatları Fransa peyklərini izləyiblər və kosmik infrastrukturuna kiberhücum planlaşdırıblar.
Makron həmçinin Almaniya ilə birgə "Avrora" radar sistemindən istifadə sahəsində əməkdaşlıq barədə elan edib.