Pentaqon Tram­pa Venesuelaya qarşı mümkün əməliyyatların planlarını təqdim edib
Dünya
136
13 Nov 2025 | 23:00

Pentaqon Tram­pa Venesuelaya qarşı mümkün əməliyyatların planlarını təqdim edib

ABŞ hərbi rəhbərliyi prezident Donald Trampa Venesuelaya qarşı mümkün əməliyyatlarla bağlı yenilənmiş planları, o cümlədən quru hədəflərinə zərbələr variantlarını təqdim edib.

Moderator.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Ağ Evdə keçirilən iclasda Pentaqon rəhbəri Pit Hegset və ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak ediblər.

Məlumatda vurğulanır ki, Vaşinqton administrasiyası bu məsələ ilə bağlı hələ “hər hansı yekun qərar” qəbul etməyib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər