Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb, pilot həlak olub  - FOTO - YENİLƏNİB
Dünya
248
13 Nov 2025 | 23:55

Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb, pilot həlak olub  - FOTO - YENİLƏNİB

Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məxsus yanğınsöndürmə təyyarəsinin Xorvatiyada qəzaya uğramasının ilkin səbəbi açıqlanıb.

Moderator.az “CNN Türk”ə istinadən xəbər verir ki, təyyarə təxminən 5 min fut yüksəklikdə bulud qatına daxil olduğu zaman qəza baş verib.

Əlverişsiz hava şəraiti səbəbindən Zaqreb hava limanına enə bilməyən təyyarə istiqamətini dəyişib.

Nazirlik rəsmiləri təyyarənin texniki baxım məqsədilə Xorvatiyaya göndərildiyini bildirib.
Hadisə ilə bağlı araşdırma davam edir.

22:49

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.

Moderator.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, əlaqənin kəsildiyi yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza zamanı pilot həlak olub.

22:35

Türkiyəyə məxsus yanğınsöndürən təyyarə radarlardan itib

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb:

“Türkiyə Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki ədəd AT802 yanğınsöndürmə təyyarəsi texniki baxış üçün Xorvatiyanın Zaqreb şəhərinə gedərkən əlverişsiz hava şəraiti səbəbindən Reyka hava limanına yönəlib.

Təyyarələrdən biri təhlükəsiz eniş edib, lakin digəri ilə 18:25-də radio əlaqəsi kəsilib. İtkin düşən təyyarə və pilotun tapılması üçün Xorvatiya rəsmiləri ilə birgə axtarış-xilasetmə işlərinə başlanılıb”-deyə nazirlikdən bildirilib.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər