01:08
12°C
Bakı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Ukraynanın "Mirotvorets" məlumat bazasına daxil edilib.
Moderator.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Təşkilatın rəhbəri Ukraynaya qarşı təcavüzü dəstəkləməkdə ittiham olunur.
Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.