02:44
9°C
Bakı
Rusiyanın Ukraynanın Xarkov vilayətinə növbəti hücumu zamanı döyüş zonasından digər sakinlərlə birlikdə təxliyə olunmağa çalışan üç nəfər həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının "Telegram" kanalında bildirilib.
"Dron zərbəsi Xarkov vilayətinin Zaqrızovo və Boquslavka yaşayış məntəqələri arasında motoblokda hərəkət edən mülki şəxslərə dəyib. Nəticədə üç mülki şəxs həyatını itirib", – məlumatda qeyd olunur.
Bildirilib ki, zərbə endirilən ərazidə hərbi hədəflər və ya ikiqat təyinatlı infrastruktur olmayıb.