Ermənistan məhkəməsi iş adamı Samvel Karapetyanın həbsdə qalmasına qərar verib
Dünya
121
21:10, Bu gün

Ermənistan məhkəməsi iş adamı Samvel Karapetyanın həbsdə qalmasına qərar verib

Ermənistanın Antikorrupsiya Apellyasiya Məhkəməsi iş adamı Samvel Karapetyanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkillərin vəsatətini rədd edib.

Moderator.az erməni KİV-ə istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, təqsirləndirilən şəxs həbsdə qalacaq.

Xatırladaq ki, Karapetyan iyun ayında iki aylıq müddətə həbs olunmuşdu. Ona qarşı hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar ittihamı irəli sürülüb. Daha sonra məhkəmə onun həbs müddətini əvvəlcə oktyabrın 18-ə, sonra isə noyabrın 17-ə qədər uzadıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər