Ukraynada korrupsiya qalmaqalı onun Aİ-yə üzvlüyünə mane ola bilər
Dünya
340
13 Nov 2025 | 20:40

Ukraynada korrupsiya qalmaqalı onun Aİ-yə üzvlüyünə mane ola bilər

Ukraynanın energetika sahəsində korrupsiya qalmaqalı Kiyevin Avropa İttifaqına üzvlüyünə maneə ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə noyabrın 13-də "La Repubblica" nəşri yazıb.

"Kiyevdə aparılan və artıq iki nazirin istefasına səbəb olan istintaq Ukraynanın Aİ-yə üzvlük prosesinə mane ola bilər", - materialda bildirilir.

Qəzet yazır ki, Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın necə istifadə edəcəyinə dair şübhələr Qərbə həmin vəsaiti Kiyevə ötürmək üçün ən böyük əngəldir.

Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) energetika sahəsində korrupsiya sxemlərini aşkar etmək üçün araşdırmalara başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski korrupsiyada ittiham olunan iş adamları Timur Mindiçə və Aleksandr Tsukermana qarşı sanksiyalar tətbiq edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər