"Türk dünyasının müxtəlif bölgələrindən 50000-ə yaxın tələbə Şimali Kipr Türk Respublikası universitetlərində təhsil alır".
Moderator.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 42-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
“11 noyabr 2022-ci ildən etibarən Şimali Kipr Türk Cümhuriyyətinin qardaşlıq, ortaq tarix və davamlı dəyərləri özündə birləşdirən bir platforma olan Türk Dövlətləri Təşkilatının çətiri altında mövcudluğu Kipr türkləri üçün mühüm bir məsuliyyəti ifadə edir. Bu çərçivədə ölkəmiz Türk dünyasının quruluşlar və tədbirlərində fəal şəkildə iştirak edir. Türk dünyasının birliyi və həmrəyliyi mövcud geosiyasi şəraitdə böyük əhəmiyyət kəsb edir. Millətimizin uzunmüddətli təhsil ənənəsini əks etdirən bir həqiqət kimi demək olar ki, hazırda Türk dünyasının müxtəlif bölgələrindən təxminən 50000 tələbə universitetlərimizdə təhsil alır. Bu rəqəm bizim türk dünyasının birliyi və həmrəyliyinə olan sadiqliyimizin göstəricisidir və biz onun ayrılmaz bir hissəsiyik”, – Ufuk Turganer vurğulayıb.