Dünya
489
19:45, Bu gün

"İsrailin Kiprdə artan fəaliyyəti yerli narahatlıq doğurur - Ankara ittihamları əsassız sayır" - "Yeni Şafak"

"Şərqi Aralıq dənizində yeni gərginlik xətti formalaşır..."

Türkiyənin "Yeni Şafak" nəşrinin məlumatına görə, İsrailin Kiprdə getdikcə artan mövcudluğu yerli əhali arasında ciddi narahatlıq doğurur. Bu barədə "Cyprus Mail" nəşri də yazıb. Analitik Fəhri Zihninin qeyd etdiyi kimi, adada daimi yaşayan təxminən 15 min israilli Kipr cəmiyyətində sosial və siyasi balansı pozmağa başlayıb. O yazır ki, bu proses, əslində, İsrailin regiondakı strateji maraqlarını genişləndirmə cəhdidir və bunun Kiprin və ya Aralıq dənizi ölkələrinin rifahı ilə heç bir əlaqəsi yoxdur.

Məqalədə vurğulanır ki, 2017-ci ildən etibarən Cənubi Kiprin yunan administrasiyası İsraillə təhlükəsizlik sahəsində sıx əməkdaşlığa başlayıb - birgə hərbi təlimlər, hava hücumundan müdafiə manevrləri, uzaqmənzilli zərbə ssenariləri və "Barak MX" zenit-raket sisteminin alınması bu siyasətin bir hissəsidir. Lakin bu addımlar, görünən tərəfdən adanın müdafiəsini gücləndirsə də, əslində Kipri İsrailin regional planlarına tabe mövqeyə salır.

İsrailin Türkiyəyə qarşı ritorikası təhrif və manipulyasiyadır

Son aylarda İsrail rəsmilərinin Kiprdəki bu mövcudluğu "Türkiyənin təzyiqindən müdafiə" kimi təqdim etməsi isə böyük bir təhrifdir. Regionda sülh və sabitliyin qorunması üçün çalışan Türkiyənin ünvanına səslənən ittihamlar nə tarixi, nə də siyasi reallığa uyğundur. Ankara dəfələrlə bəyan edib ki, Şərqi Aralıq dənizindəki enerji resursları bütün ölkələr üçün ədalətli paylaşılmalıdır və bu, qarşıdurma deyil, əməkdaşlıq müstəvisində həll olunmalıdır.

Buna baxmayaraq, İsrail öz daxili siyasi böhranlarını və korrupsiya qalmaqallarını ört-basdır etmək üçün bölgədəki gərginliyi süni şəkildə dərinləşdirməyə çalışır. Fəhri Zihninin fikrincə, İsrailin Kiprdəki hərbi və iqtisadi fəallığı regionda balansı pozur, Türkiyə isə əksinə, sabitlik və ədalətli nizamın tərəfdarı kimi çıxış edir.

Regionda kim sülh, kim təsir uğrunda mübarizə aparır?

Beləliklə, Kiprdəki israilli icmaların artması, silah sistemlərinin yerləşdirilməsi və enerji layihələri ətrafında baş verənlər Yunan administrasiyasının deyil, İsrailin maraqlarına xidmət edir. Türkiyəyə yönələn tənqidlər isə əsassız və manipulyativ xarakter daşıyır.

Şərqi Aralıq dənizi enerji və təhlükəsizlik baxımından strateji əhəmiyyətini qoruyur, lakin bu bölgədə sabitlik yalnız qarşılıqlı hörmət və regional əməkdaşlıqla mümkündür. İsrailin Kiprdə nüfuzunu artırmaq cəhdləri isə bu məqsədə deyil, yeni gərginliklərə yol açır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər