22:24
14°C
Bakı
Avropa İttifaqı Türkiyəyə ilk hərbi müşavir təyin edib.
Moderator.az xəbər verir ki, bu barədə mənbələr “Middle East Eye”a bildirib.
Qeyd edilib ki, Avropa İttifaqı bu ayın əvvəlində ilk dəfə olaraq Türkiyədəki missiyasına hərbi müşavir təyin edib.
Türkiyə də qarşılıqlılıq prinsipi əsasında Aİ-dəki missiyasına hərbi müşavir təyin edə biləcək.
Vurğulanıb ki, Aİ Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyin yollarını axtarır.