Tramvayı ildırım vurdu, sərnişinlər təxliyə edildi
Dünya
195
18:30, Bu gün

Tramvayı ildırım vurdu, sərnişinlər təxliyə edildi

Türkiyənin Qaziantep şəhərində hərəkətdə olan tramvayı ildırım vurub. 

Moderator.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə günorta saatlarında, güclü yağış yağarkən baş verib.

Tramvayda olan sərnişinlər təcili təxliyə ediliblər. 

Hadisə ilə bağlı tramvayların hərəkəti müvəqqəti dayandırılıb, zədələnmiş nəqliyyat vasitəsi isə xətdən çıxarılıb. Bundan sonra xətt üzrə qatarların hərəkəti bərpa edilib.

Şəhərin meri Fatma Şahin öz sosial media hesabında paylaşım edərək tramvaylarda quraşdırılmış ildırımdan müdafiə sistemi sayəsində nə nəqliyyat vasitəsinin, nə də sərnişinlərin xəsarət aldığını bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər