Məhkəmə Qalstanyanın həbs müddətini 3 ay uzadıb
Dünya
383
18:27, Bu gün

Məhkəmə Qalstanyanın həbs müddətini 3 ay uzadıb

İrəvan məhkəməsi "Müqəddəs mübarizə" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini üç ay uzadıb.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İrəvan ümumi yurisdiksiya məhkəməsinin cinayət işləri üzrə hakimi Karen Farxoyan bildirib.

Xatırladaq ki, "Müqəddəs mübarizə" hərəkatının 18 üzvü "terror aktına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhd" işi üzrə ittiham olunur. Hərəkatın lideri Qalstanyan və onun tərəfdarları iyun ayının sonunda həbs olunublar. Avqustun 21-də arxiyepiskopun həbs müddəti 3 ay uzadılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər