Si Cinpin də G20 sammitinə qatılmaqdan imtina etdi
Dünya
403
18:25, Bu gün

Si Cinpin də G20 sammitinə qatılmaqdan imtina etdi

Çin Xalq Respublikasının Sədri Si Cinpin "Böyük iyirmiliyin" (G20) Cənubi Afrika Respublikasında (CAR) nəzərdə tutulan sammitində iştirak etməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Die Zeit" nəşri yazıb.

Çin Xarici İşlər Nazirliyindən bildirilib ki, Yohannesburq sammitində ölkənin nümayəndə heyətinə Dövlət Şurasının Baş naziri Li Syan rəhbərlik edəcək.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın və Rusiya Prezidenti Vladimir Putinin də bu sammitdə iştirakdan imtina etmələri nəzərə alınsa, onda G20 yarandığı gündən etibarən ilk dəfə üç ən böyük dövlətin başçıları bu tədbirdə iştirak etməyəcəklər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər