21:27
15°C
Bakı
İran Prezidenti Məsud Pezeşkian ölkədəki qiymət artımları ilə bağlı bu gün hökuməti sərt tənqid edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
M.Pezeşkian sosial şəbəkə hesabında inflyasiyanın səbəbkarı kimi hökumət və parlamenti göstərib:
"Biz özümüzü günahlandırmalıyıq. İnflyasiyanın səbəbkarı hökumət və parlamentdir. Gəlin, özümüzdən başlayaq. Cari ilin büdcəsində lazımsız xərcləri aradan qaldıraq. Bunu birlikdə həll etməyimizə kömək edin".