İsrail 50-yə yaxın HƏMAS üzvünü həbs edib
Dünya
373
18:00, Bu gün

İsrail 50-yə yaxın HƏMAS üzvünü həbs edib

İordan çayının qərb sahilində 50 nəfərə yaxın HƏMAS üzvü İsrailin daxili təhlükəsizlik xidməti (Şin Bet) tərəfindən həbs olunub.

Moderator.az “The Times of Israel”ə istinadən xəbər verir ki, saxlanılan şəxslərin silahlı hücumlar planlaşdırdıqları bildirilib.

HƏMAS üzvləri İsrail ordusu və Şin Bet tərəfindən son həftələr ərzində aparılan 15 əməliyyat nəticəsində saxlanılıb.

HƏMAS üzvlərində odlu silahlar aşkar olunaraq müsadirə edilib.

“Terror şəbəkələrindən biri yaxın zamandan hücumlar həyata keçirmək üçün yüksək səviyyəli hazırlıq səviyyəsində idi”, - Şin Betin məlumatında qeyd olunub.

Qeyd edək ki, İsrail və HƏMAS arasında əldə olunan atəşkəs rejimi hələlik qüvvədədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər