20:51
15°C
Bakı
Ermənistanın baş naziri Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının nümayəndələrinə boşanmağı qadağan edib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb.
Bildirilir ki, Paşinyanın komandasının üzvlərindən biri arvadından boşanmaq və yeni həyata başlamaq istədiyini bildirib.
Baş nazir bunu ona qəti qadağan edib. O bildirib ki, partiyada boşanma limiti artıq bitib və partiyanı cəmiyyətin gözündən salmamaq üçün heç kəsin boşanmaq haqqı yoxdur.
Ermənistan parlamentinin sədri Alen Simonyanın mətbuat katibi iyul ayında "Armenia Today"ə bildirib ki, Simonyan və arvadı boşanmağa hazırlaşırlar və bunun üçün Ədliyyə Nazirliyinin VVAQ mərkəzinə ərizə təqdim ediblər. Onlara düşünmələri üçün bir neçə ay vaxt verilib.