Türkiyədə mərc oyunlarında iştirak edən 100-dən çox futbolçu cəzalandırılıb
Dünya
256
17:00, Bu gün

Türkiyədə mərc oyunlarında iştirak edən 100-dən çox futbolçu cəzalandırılıb

Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirakı müəyyən edilən 102 futbolçunu cəzalandırıb.

Moderator.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Cəzalandırılanlar arasında müxtəlif klublarda çıxış edən furbolçular var.

Peşəkar Futbol İntizam Qurumu (PFDK) “Qalatasaray”lı futbolçular Eren Elmalının 45 gün, Metehan Baltacının isə 9 ay müddətinə futboldan uzaqlaşdırıldığını da açıqlayıb.

Eyni zamanda, “Konyaspor”un futbolçusu Ndao da 12 aylıq cəza alıb.

Qeyd edək ki, araşdırma çərçivəsində mərc oyunlarında iştirakı müəyyən edilən 1 024 oyunçunun adı açıqlanmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər