Polşa, Macarıstan, Slovakiya və Çexiya Avropa İttifaqını məhkəməyə verirlər
Dünya
255
16:59, Bu gün

Polşa, Macarıstan, Slovakiya və Çexiya Avropa İttifaqını məhkəməyə verirlər

Vişeqrad qrupu ölkələri - Macarıstan, Çexiya, Slovakiya və Polşa Avropa İttifaqının (Aİ) miqrasiya paktının həmrəylik mexanizmi çərçivəsində miqrantları qəbul etmək öhdəliklərinə məhkəmə yolu ilə etiraz etmək niyyətindədirlər.

Moderator.az "Euronews"a istinadən xəbər verir ki, qəbul edilən qaydalara əsasən, Aİ-yə üzv ölkələr "miqrasiya təzyiqi altında olan ölkələrin yükünü" yüngülləşdirməyə borcludurlar. Bildirilir ki, bu üç yolla edilə bilər.

Bunlardan biri sığınacaq istəyən əcnəbiləri qəbul etməkdir.

İkinci variant, hər bir qəbul olunmayan miqrant üçün xüsusi "həmrəylik fondu"na 20 min avro məbləğində maliyyə yardımı göstərməkdir.

Digəri isə ən çox köçkünlərin yerləşdiyi ölkələrə maliyyə ayrılmasıdır.

Avropa İttifaqı tərəfindən müəyyən edilmiş minimum göstərici 30 min miqrant və 600 milyon avro təşkil edir.

Vişeqrad ölkələri bu cür variantları rədd edir və Aİ-nin yeni miqrasiya qaydalarına qarşı hüquqi addımlar atmağa hazırlaşır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər