20:15
15°C
Bakı
Ermənistanda müxalifyyət yönümlü Antifake.am nəşrinin əməkdaşı jurnalist David Fidanyan saxlanılıb.
Moderator.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.
Məlumata görə, müxbirə ədalət mühakiməsinə mane olmaq ittihamı irəli sürülüb və vəkil bu ittihamı olduqca qəribə adlandırıb.
Qeyd edək ki, “İmnemnimi” podkastının çəkilişləri Antifake.am-ın ofisində baş tutub.
Xatırladaq ki, bu gün Ermənistanda “İmnemnimi” podkastının müəllifləri Narek Samsonyan və Vazgen Saqatelyan saxlanılıb. Müəlliflər bu yaxında keçmiş Prezident Serj Sarkisyandan müsahibə götürmüşdülər.