Zelenski korrupsiyada ittiham olunan Mindiç və Sukermana qarşı sanksiyalar tətbiq edib
Dünya
248
16:20, Bu gün

Zelenski korrupsiyada ittiham olunan Mindiç və Sukermana qarşı sanksiyalar tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski adları ölkənin enerji sektorunda korrupsiya qalmaqalında hallanan iş adamları Timur Mindiçə və Aleksandr Sukermana (Şuqarmen) qarşı sanksiyalar tətbiq edib.

Moderator.az xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin saytında dərc edilmiş sənədlərdən belə bəlli olur.

Bildirilir ki, onların hər ikisinin İsrail vətəndaşlığı var.

Prezidentin fərmanlarına görə, onlara qarşı Ukraynanın "Sanksiyalar haqqında" qanununda nəzərdə tutulmuş məhdudiyyətlərin tam siyahısı tətbiq edilib.

Ukrayna Xarici İşlər Nazirliyinə sanksiyaların tətbiqi barədə Avropa İttifaqının, ABŞ-nin və digər ölkələrin səlahiyyətli orqanlarını məlumatlandırmaq və onların qarşısında oxşar məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini qaldırmaq həvalə edilib.

Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) noyabrın 10-da ölkənin enerji sektorunda pulların yuyulması sxemini aşkar edib. Bildirilir ki, bu sistemdən təxminən 100 milyon dollar vəsait keçib. Ofis cinayətkar qrupa daxil olmayan şəxslərə qeyri-leqal vəsaitin leqallaşdırılması xidmətləri göstərib və həmin pullardan faiz əldə edib.

Noyabrın 11-də Ukraynanın enerji sektorunda korrupsiya işi çərçivəsində yeddi şəxsə, o cümlədən Mindiçə qarşı ittihamlar irəli sürülüb. Qruplaşma üzvləri "Enerqoatom"un müqavilələrindən qeyri-qanuni gəlir əldə edərək, Kiyevdəki "bek-ofis" vasitəsilə leqallaşdırıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər