Suriyanın Londondakı səfirliyi yenidən açılıb
Dünya
247
16:08, Bu gün

Suriyanın Londondakı səfirliyi yenidən açılıb

Suriyanın Böyük Britaniyadakı səfirliyi fəaliyətini bərpa edib.

Moderator.az xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Həsən əl-Şeybani özünün “X” hesabında məlumat verib.

O, səfirliyin binasında Suriya bayrağını qaldırıb.

“Əsəd rejiminin illərdir yaratdığı təcriddən sonra bu gün Londonda Suriya səfirliyi yenidən açılır. Suriya öz azad kimliyi ilə dünyaya qayıdır,” deyə, Şeybani bildirib.

Qeyd edək ki, Suriyanın sabiq hökuməti dövründə Britaniya ilə Suriya arasında diplomatik əlaqələr kəsilmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər