Türkiyədə 17 yaşında 95 il həbs cəzası alan qatı cinayətkar ələ keçib
1480
13 Nov 2025 | 15:50

Türkiyədə 17 yaşında 95 il həbs cəzası alan qatı cinayətkar ələ keçib

Türkiyənin İzmir bölgəsinin Karşıyaka rayonunda onlarla cinayətdə təqsirli bilinən 17 yaşlı A.Ç. ələ keçib.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, saxlanılan şəxs çox sayda oğurluq hadisəsinə görə 95 il 2 ay 9 gün (!) həbs cəzası alıbmış. Qatı cinayətkar həbsdən qaçsa da, polisin keçirdiyi əməliyyat zamanı yenidən tutulub.

Xəbərdə bildirilir ki, 17 yaşlı türkiyəlini polis gizləndiyi yerdə cinayət başında yaxalayıb.

Link kopyalandı!
Son xəbərlər