Hindistan Yeni Dehlidəki partlayışı terror aktı kimi tanıyıb
Dünya
170
12 Nov 2025 | 23:50

Hindistan Yeni Dehlidəki partlayışı terror aktı kimi tanıyıb

Hindistan hökuməti Yeni Dehlidəki tarixi Qırmızı Qala yaxınlığında avtomobildə baş verən partlayışı terror aktı kimi tanıyan qətnamə qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modinin dəftərxanası Nazirlər Kabinetinin təhlükəsizlik məsələləri üzrə iclasından sonra məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ölkə Qırmızı Qala yaxınlığında avtomobilin partladılması ilə antimilli qüvvələr tərəfindən törədilmiş dəhşətli terror aktının şahidi olub.

Nazirlər Kabineti bu hadisənin bütün icraçıları, iştirakçıları və maliyyəçilərinin tez bir zamanda müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün maksimum təcili və peşəkar şəkildə araşdırma aparılmasını tapşırıb.

Vurğulanıb ki, vəziyyət hökumət tərəfindən ən yüksək səviyyədə daimi nəzarətdə saxlanılır.

Xatırladaq ki, noyabrın 10-u axşam saatlarında Hindistan paytaxtında "Qırmızı Qala" metrostansiyası yaxınlığında (eyni adlı tarixi abidənin yanında) avtomobil partlayıb. Son məlumatlara görə, hadisə nəticəsində 13 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Terror aktının araşdırılması Milli İstintaq Bürosuna həvalə edilib.

Link kopyalandı!
Son xəbərlər