ABŞ Maliyyə Nazirliyi İrana qarşı bir sıra yeni sanksiyalar tətbiq edib
Dünya
242
12 Nov 2025 | 23:10

ABŞ Maliyyə Nazirliyi İrana qarşı bir sıra yeni sanksiyalar tətbiq edib

ABŞ İranın ballistik raket və PUA istehsalına dəstək verən bir sıra ölkələrdəki şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda bunun Vaşinqtonun Tehrana təzyiqi artırmaq cəhdlərinin növbəti mərhələsi olduğu bildirilib.

Məlumata görə sanksiyalar İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin, Honkonq, Hindistan, Almaniya və Ukraynada yerləşən, müxtəlif təchizat şəbəkələrində fəaliyyət göstərən ümumilikdə 32 fiziki və hüquqi şəxsə yönəlib.

“Bu şəbəkələr ABŞ və müttəfiq qüvvələrin Yaxın Şərqdəki personalı, həmçinin Qırmızı dənizdəki kommersiya gəmiçiliyi üçün təhlükə yaradır”, - nazirliyin bəyanatında deyilir.

Link kopyalandı!
Son xəbərlər