Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib
Dünya
191
12 Nov 2025 | 22:40

Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib

Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin qara qutusu bu ölkəyə gətirilib.

Moderator.az bu barədə "Yeni Şafak" qəzetinə istinadən xəbər verir.

"CNN Türk" telekanalı isə Gürcüstandan qara qutunu Türkiyəyə daşıyan təyyarənin artıq paytaxt Ankaraya eniş etdiyi məlumatını paylaşıb.

Telekanal həmçinin qara qutunun oxunmasının hadisənin baş vermə səbəbini üzə çıxaracağını da qeyd edib.

Xatırladaq ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsindəki heyətin bütün üzvləri - 20 nəfər həlak olub, onlardan 19-nun cəsədi tapılıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər