Türkiyəli ekspert
Dünya
202
12 Nov 2025 | 22:30

Türkiyəli ekspert "C-130" qəzasının mümkün səbəblərini açıqladı - VİDEO

"Köhnə təyyarə yoxdur, baxımsız təyyarə var. İlk öncə bunu dəqiqləşdirmək lazımdır".

Moderator.az xəbər verir ki, bunu "Haber Global"ın efirində İstanbul Universitetinin professoru, təyyarə mühəndisi Haluk Kul deyib.

Ekspert Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" təyyarəsinin qəzaya uğramasını şərh edib.

Onun sözlərinə görə, qəzanın üç mümkün səbəbi ola bilər: Göyərtə daxilində partlayış, təyyarənin pərlərindən birinin yerindən qoparaq korpusu zədələməsi və yaxud nəqliyyat vasitəsinin raket zərbəsinə tuş gəlməsi.

Haluk Kul onu da qeyd edib ki, qəzanın səbəblərinə dair irəli sürülən istənilən versiya rəsmən təsdiqini tapmadıqca, sadəcə spekulyasiyadır.

Daha ətraflı "Haber Global"ın videomaterialında:

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər