Mərkəzi Aralıq dənizində Sudan, Somali, Kamerun və Nigeriyadan olan miqrantları daşıyan rezin qayıq çevrilib.
Moderator.az unn.ua-ya istinadla xəbər verir ki, hadisə barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Bildirilir ki, qəza Liviya sahillərində, Əl-Buri neft yatağı yaxınlığında baş verib.
Gəmi noyabrın 3-də gecədən keçmiş Zuvaradan yola düşüb. Onun içərisində 49 miqrant (ikisi qadın) olub.
Qayıq təxminən altı saat üzəndən sonra dalğalar onu cənginə alıb, mühərrikini sıradan çıxarıb. Nəticədə qayıq çevrilib, sərnişinlər dənizə düşüblər.
Məlumata görə, 42 nəfər itkin düşmüş və ölmüş hesab edilir. Yeddi adam altı gün davam məşəqqətlərdən sonra xilas edilib.
Qeyd edək ki, bu il yüzlərlə adam Liviyadan Aralıq dənizini keçməyə cəhd edərkən həyatını itirib. Mərkəzi Aralıq dənizi marşrutu qaçqınlar üçün dünyada ən təhlükəli marşrutlarından biri hesab edilir.