Boçorişvili:
Dünya
254
12 Nov 2025 | 21:17

Boçorişvili: "Gürcüstana yönəlmiş tənqid əsassızdır"

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, onun ölkəsi son illərdə, xüsusilə Avropa İttifaqına inteqrasiya kontekstində müşahidə olunan tənqid və mənfi münasibətə layiq deyil.

Moderator.az-ın yerli KİV-ə istinadən xəbər verir ki, o bunu jurnalistlər qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xarici təzyiqlərə baxmayaraq, Gürcüstan hakimiyyəti ölkənin inkişafına, sabit gələcəyin və təhlükəsizliyin təmin olunmasına yönəlmiş kursa sadiq qalır.

"Faktlar özləri danışır, zaman isə həmişə həqiqətə aparır. Ölkəmiz tez-tez eşitdiyimiz tənqidlərə və son illərdə müşahidə olunan münasibətə layiq deyil. Bununla belə, biz ölkənin inkişafı, sabit gələcəyi və təhlükəsizliyi üçün vacib olan yolla irəliləyirik. Mən dərin əminliklə deyə bilərəm ki, bu, ümumi Avropa təhlükəsizliyi üçün də önəmlidir. Nəticə etibarilə, Gürcüstanın inkişaf etmiş, sülhsevər və sabit olması, həmçinin ümumi Avropa gələcəyinə töhfə verməsi həm də onların marağıdır," - deyə Boçorişvili vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər