Dünya
295
19:30, Bu gün

"Ukrayna Aİ sammitinə ev sahibliyi edəcək: məqsəd - üzvlük prosesini irəlilətməkdir" - "Politico"

"Dekabrda keçiriləcək görüş Ukraynanın Avropa İttifaqına inteqrasiya yolunda ən mühüm mərhələyə çevrilə bilər..."

Sammitin məqsədi və siyasi mesajı

"Politico" nəşri yazır ki, Avropa işləri üzrə nazirlərin qeyri-rəsmi sammiti 10-11 dekabr tarixlərində Lvovda keçiriləcək. Toplantının əsas məqsədi Ukraynanın Aİ-yə üzvlük istiqamətində atdığı addımları qiymətləndirmək və bu prosesi sürətləndirməkdir. Tədbir Danimarka hökuməti və Ukrayna baş nazirinin müavini naziri Taras Kaçkanın birgə göndərdiyi dəvət məktubu əsasında təşkil olunur.

Sənəddə deyilir: "Bizim müzakirələrin mərkəzində Ukraynanın Aİ-yə üzvlüyə doğru irəliləyişi olacaq. Bu görüş nəticələrin dəyərləndirilməsi, növbəti mərhələlərin müəyyənləşdirilməsi və siyasi dəstəyin bir daha təsdiqlənməsi üçün vacib imkandır. Sammitin Ukraynada keçirilməsi Aİ-nin birgə mesajıdır: Ukraynanın gələcəyi Avropa İttifaqının daxilindədir".

Macarıstanın maneəsi və mümkün çıxış yolları

Görüş Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı Macarıstanın etirazları üzündən yaranmış durğunluğu aradan qaldırmaq məqsədi daşıyır. Avropa rəsmiləri istəyir ki, Kiyev və Kişinyov rəsmi təsdiq qərarını gözləmədən növbəti islahat mərhələsinə başlaya bilsin. Bu, Budapeştin mövqeyi dəyişdikdən sonra prosesin sürətlə davam etməsinə imkan verəcək. Bir avropalı diplomat "Politico"-ya bildirib: "İdeya budur ki, biz mümkün qədər çox işi öncədən görək. Əgər Macarıstanın veto hüququ aradan qalxsa, o zaman heç bir ləngimə olmadan irəliləyə bilərik".

Aİ-də yeni qaydalar və institusional dəyişikliklər

Avropa İttifaqında hazırda üzvlük mexanizminin yenilənməsi müzakirə olunur. Məqsəd - Ukrayna kimi namizəd ölkələrin qəbulunu sürətləndirmək və Macarıstan baş naziri Viktor Orban kimi liderlərin prosesi bloklama imkanlarını məhdudlaşdırmaqdır.

Almaniyanın Bundestaqındakı Avropa işləri komitəsinin sədri Anton Hofrayter bildirib ki, gələcək üzvlər Aİ-də əsas institusional islahatlar, o cümlədən qərarların ixtisaslı çoxluqla qəbul edilməsi həyata keçirilənədək veto hüququndan imtina etməyə məcbur edilə bilərl. Bu dəyişikliklər Ukraynanın blokun tamhüquqlu üzvünə çevrilməsi yolunda ən real şans hesab olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər