Ukrayna XİN:
Dünya
252
19:20, Bu gün

Ukrayna XİN: "Rusiya ilə sülh danışıqları dayandırılıb"

"Ukrayna və Rusiya arasında may ayında İstanbulda başlayan sülh danışıqları indi tamamilə dalana dirənib. Heç bir irəliləyiş əldə olunmayıb".

Moderator.az xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsya "The Times"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, İstanbulda mayın 16-da, iyunun 2-də və iyulun 23-də keçirilən danışıqlar zamanı ruslar Ukrayna millətinin mövcudluğunu rədd edərək, öz təcavüzlərini ruslarla ruslar arasında müharibə kimi təqdim ediblər.

Kislitsya qeyd edib ki, Ukrayna nümayəndə heyəti rusların bütün tarixi mühazirələrinə məhəl qoymamaq qərarına gəlib və məsələnin mahiyyətini - sülhə gedən yolu müzakirə etməyə çalışıb. Lakin ruslar bundan yayındılar. Məsələn, ruslar ABŞ-ni aldatmaq üçün "WhatsApp"da işçi qrupları yaratmağı təklif etdilər. Guya proses davam edir və yeni sanksiyalara ehtiyac yoxdur".

Nazir müavini əlavə edib ki, sülh danışıqları nəticəsiz qaldığından dayandırılıb: "Yaydan bəri Ukrayna Rusiyaya təzyiq göstərir ki, Putin-Zelenski görüşü baş tutsun. Yalnız bu formatda həqiqi sülh danışıqları aparıla bilər".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər